XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

25 May 2020 - 12:34

Şəkidə 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib –FOTO

“Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Həmin bitkilər kökündən çıxarılıb və yandırılaraq məhv edilib.