Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İsmayıl Hakkı Karadayı vəfat edib.
Məlumata görə, İsmayıl Hakkı Karadayı 88 yaşında İstanbulda yerləşən xəstəxanalardan birində dünyasını dəyişib.
O bir neçə gün əvvəl yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İsmayıl Hakkı Karadayı 1994-1998-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub/APA.