Nazir Fazil Məmmədovun qrafiki açıqlandı – Qəbul
Vergilər naziri Fazil Məmmədov mayın 22-də Şabran rayonunda Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları ilə görüş keçirəcək.
Nazirlikdən verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 çağrı Mərkəzi, 3 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Şahin Abbasov, əlaqə telefonu: (023) 335-36-07, mobil (050) 337-30-40), Şabran rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Rəşid Şükürov, əlaqə telefonu: (023) 353-28-32, mobil (050) 254-43-79), Xaçmaz rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Bəhruz Vəlibəyov, əlaqə telefonu: (023) 325-08-09, mobil (050) 254-43-77), Qusar rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Xalis Babayev, əlaqə telefonu: (023) 385-39-46, mobil (050) 254-43-72) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.