XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 14:37

Kəmaləddin Heydərov İranın sərhəd komandanı ilə görüşüb

 

kamal serhed

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a bildirilib ki, nazir K. Heydərov iki yaxın qonşu və dost ölkə arasındakı mövcud əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən nazir rəhbərlik etdiyi nazirliyin İranın müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini ifadə edib.

 Qasım Rzayi hər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığın yüksələn xətlə inkişafının əhəmiyyətindən danışıb.

 Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.