XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 15:05

MTN işi ilə bağlı yeni fakt –Külli miqdarda mənimsəmə

mtn-00

Ləvğ edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşlarının daha bir sahibkarın külli miqdarda pulunu ələ keçirməsi barədə məlumat var.

Bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

O bildirib ki, hazırda həbsdə olan MTN-nin Füzuli və Natiq adlı zabitləri Bəxtiyar adlı sahibkardan 100 min ABŞ dolları, 20 min manat və 50 ədəd İphone markalı telefonu hədə qorxu yolu ilə alıblar.

Vəkil onu da bildirib ki, artıq bununla bağlı müvəkkili Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib. Faktla bağlı araşdırma başlanılıb. (apa)