XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

29 May 2020 - 00:17

Dünyada koronavirus:son gündə 100 mindən çox insan yoluxub

Dünyada son bir gün ərzində koronavirusa 100 mindən çox yoluxma qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, bununla da dünyada COVID-19 xəstələrinin sayı 5,6 milyon nəfərə çatıb.

ÜST bildirib ki, son sutkada ayrı-ayrı ölkələrdə infeksiyaya ümumilikdə 104 505 yeni yoluxma təsdiqlənib. Bununla yanaşı, bir gün ərzində daha 4 221 insan pandemiyanın qurbanı olub.

Beləliklə, dünyada COVID-19-a yoluxma ilə bağlı aşkarlanmış halların ümumi sayı 5 593 631 təşkil edir. Pandemiya ərzində ayrı-ayrı ölkələrdə ümumilikdə 353 334 nəfər koronavirusdan ölüb.

Təhlükəli virusa ən çox çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 556 479 nəfərin virus daşıyıcısı olması təsdiqlənib. Siyahıda ikinci yerdə Avropa qərarlaşıb. Köhnə qitədə 2 079 924 insan COVID-19-a yoluxub/Report.