Ermənistanda son sutka ərzində daha 460 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb.
“Armenia Sputnik”in verdiyi xəbərə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkədə ümumilikdə xəstəliyə yoluxma sayı 8676-ya, ölənlərin sayı isə 120 -yə çatıb.
Qeyd edilib ki, hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 5214 nəfərdir.
İndiyədək 3297 nəfər xəstəlikdən sağalıb. (apa)