Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 106 nəfər təşkil edir.
Bu barədə ölkənin Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında bildirilib.
Aylıq müqayisədə qonşu ölkədə həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfər azalıb.
Gürcüstanda ittiham olunan 16 Azərbaycan vətəndaşı var ki, onların 11-i kişi, 5-i isə qadındır. Məhkum olunan Azərbaycan vətəndaşlarının sayı isə 90 nəfərdir. Onların 81-i kişi, 9-u isə qadındır.
Probasiya nəzarətində isə 21-i kişi, 2-si qadın olmaqla 23 Azərbaycan vətəndaşı saxlanılır. (report)