XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

29 May 2020 - 14:11

Çempionlar Liqasının “dördlər finalı” Almaniyada ola bilər

UEFA Çempionlar Liqasını (ÇL) “dördlər finalı” formatında Almaniyada keçirə bilər.

“Sky Sports İtalia” xəbər verir ki, daha öncə Türkiyədə keçirilməsi planlaşdırılan oyunlar Almaniyada olacaq.

Avropa futbol qurumu 1/8 final mərhələsinin cavab oyunlarını 7-8 avqustda təşkil etməyi planlaşdırır. 1/4 final matçlarının isə 13-14 avqustda bir oyundan ibarət olacağı gözlənilir.

UEFA-nın daha öncə ÇL-də yarımfinal və final mərhələsini “dördlər finalı” formatında Türkiyənin İstanbul şəhərində keçirməyi planlaşdırdığı yazılıb.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. İcraiyyə Komitəsi iyunun 17-də turnirlərlə bağlı qərarını verəcək.

Çempionlar Liqasının finalı İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməlidir. (report)