XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 16:19

İŞİD-in minlərlə gizli sənədi ələ keçdi:Siyahılarda 22 min terrorçunun şəxsi işi, adları var- FOTOLAR

isid

 

Almaniya və digər ölkələrdə terror ekspertləri İŞİD qrupundan oğurlanan on minlərlə sənədi yoxlayır. Bu sənədlərin arasında terroçular haqda şəxsi məlumatların olduğu bildirilir.

Britaniyanın Sky News xəbər agentliyi məlumatın İŞİD fərarisindən alındığını bildirib. O, Türkiyədə bir müxbirə yaddaş kartını İslam Dövləti qrupunun daxili təhlükəsizlik xidmətinin rəhbərindən oğurladığını deyib. Fayllarda qrupun 22 min üzvü ilə bağlı məlumatın olduğu güman edilir.

Almaiyanın daxili işlər naziri Tomas de Maizier bu sənədlərin yaraqlıların fəaliyyət göstərdikləri yerləri izləməyə və onların mühakimə olunmasına yardım edəcəyini deyib.

Britaniya, Almaniya və Suriyadan gələn məlumatlarda fayllarda 51 ölkədən cihadçılar barədə məlumatın olduğu bildirilir. Bu məlumatlara həmçinin İŞİD-ə qoşulmaq istəyən insanların terrorçu qrupun bir üzü olmaq üçün cavablandırmalı olduğu 23 sual daxildir.

Sky News-un  bildirdiyinə görə, Britaniyanın MI-6 Məxfi Kəşfiyyat Xidmətinin sədri Riçard Barret oğurlanan İŞİD sənədlərini “böyük əhəmiyyət daşıyan məlumatla dolu qızıl mədəni" adlandırıb.

Təhlilçilrin hamısı bu faylların həqiqi olduğuna inanmır. Amma fayllar həqiqidirsə, onlar potensial hücumçuları, onları dəstəkləyən şəbəkələri müəyyən etməyə yardım edə və dövlət müstəntiqlərini terrorçu qrupun strukturu və planları barədə məlumatlandıra bilər.

Oğurlanmış İŞİD sənədləri özünü Əbu Həmid adlandrıan şəxs tərəfindən təqdim olunub. O əvvəllər Azad Suriya Ordusunun üzvü olub və daha sonra İŞİD tərəfə keçib. Ən sonda isə o, terrorçu qrupdan da üz döndərib və buna səbəb olaraq qrupun İslam dəyərlərindən uzaqlaşmasını qeyd edib.

Sənədləri görənlər fayllarda İŞİD-ə qoşulan şəxslər, onların tərəfdarları, telefon nömrələri, ünvanları, xüsusi bacarıqları və şəxsi informasiya barədə məlumatların olduğunu bildirir.

Qrupa qoşulmaq istəyənlərdən ailə vəziyyəti, qan qrupu, təhsil səviyyəsi, habelə “cihad təcrübəsi” və gələcəkdə döyüşcü və ya intiharçı olmaq istədiyi barədə məlumat tələb olunub.

isid02

 

Məsələn, İŞİD-ə qoşulmaq istəyən bir avstraliyalının intiharçı olmaq istədiyi, lakin onun yaxını görə bilməməsi və avtomobil idarə etmək qabiliyyətinin zəif olmasının buna mane ola bilcəyinin qeyd edildiyi bildirilir.

Təhlilçilər deyir ki, hazırda İŞİD sənədlərinin mahiyyəti tam məlum olmasa da, fayllar qrupun keçmiş və hazırkı üzvləri barədə məlumat toplamağa və ekxtremit qrupa qarşı mübarizə kamapniyasının təşkil olunmasına yardım edə bilər.

ABŞ ordusunun polkovniki, ABŞ-ın  başçılığı ilə İŞİD-ə qarşı mübarizə aparan koalisiyanın sözçüse Stiv Uorren bu məlumatların qrupun xarici döyüşçü şəbəklərinin müəyyən edilib təqib edilməsinə kömək edəcəyini deyib.

Uorren sənədləri yoxlaya bilmədiyini, lakin onların hüquq-mühafizə orqanları tərəfindən isifadə oluna biləcəyinə ümid etdiyini deyib.

 

isid 03