XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 May 2020 - 13:46

Sabah hava necə olacaq? –Proqnoz

Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Strateq.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 16-19° isti, gündüz 25-29° isti, Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.