XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

31 May 2020 - 18:00

İran vurulan “Boeing”in “qara qutu”sunu Ukraynaya verməyəcək –Səbəb

İran hökuməti vurulan “Boeing 737-800” sərnişin təyyarəsinin “qara qutu”sunu Ukraynaya verməməyi qərara alıb.

Məlumatı ISNA agentliyi yayıb.

Bildirilib ki, buna səbəb İranın təklifinə Ukrayna tərəfinin cavabı gecikdirməsidir.

Agentlik “qara qutu”nun başqa ölkəyə, çox güman ki, Fransaya göndəriləcəyini qeyd edib.

Martın 12-də İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Rza Cəfərzadə “qara qutu” Ukrayna, yaxud Fransada deşifrə ediləcəyini bildirmişdi.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan az sonra vurulub. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı ölüb. Sonradan təyyarənin səhvən İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu məlum olub. /Report