XƏBƏR LENTİ

26 Fevral 2021
25 Fevral 2021

Digər Xəbərlər

31 May 2020 - 19:37

Təsnifat mərhələsini qısa yarışlar əvəzləyə bilər –"Formula-1"

“Formula 1″in reqlamentində dəyişiklik ola bilər.

Cari mövsüm təsnifat mərhələsini qısa yarışlar əvəzləyəcək.

“Formula 1” rəhbərliyi iştirakçılara şənbə günləri 30 dəqiqəlik qısa yarışlar təklif edib. Bu zaman start düzülüşü ümumi sıralama ilə tərs mütənasib olmalıdır. Yəni çempionatın lideri yarışa sonuncu yerdən başlamalıdır və bu, ümumi təsnifatda ilk “20-lik” müəyyənləşənədək davam etməlidir.

Beynəlxalq Avtomobil Federasiyası ideyanı dəstəkləsə də, bunun təsdiqlənməsi üçün “Formula 1″in 10 komandasının yekdil razılığı lazımdır. /Report.az