XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2020 - 11:05

Nikol Paşinyan və ailəsi koronavirusa yoluxub

Ermənistanın baş naziri Nikol Paşinyana koronavirus diaqnozu qoyulub.

Bunu hökumət başçısı özünün “Facebook” səhifəsində canlı yayımda bildirib.

“İqamətgahdan işləyəcəyəm. Məndə rabitə üçün bütün şərait və vasitələr var. Nə qədər mümkün olarsa, o qədər də çalışacağam”, – baş nazir deyib.

N.Paşinyandan başqa, onun bütün ailə üzvləri də koronavirusa yoluxub: “Görünür, ailə üzvləri məhz məndən yoluxublar”. (report)