Bu günə cəmi iki beynəlxalq lider – Türkiyə prezidenti və Gürcüstan baş naziri iyunun 12-də Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmək planların açıqlayıb.
Strateq.az Turan İA-ya istinadən bildirir ki, Türkiyə prezidentinin adından XİN rəhbəri Mövlud çavuşoğlu azərbaycanlı jurnalistlərlə söhbətində bəyanat verib. öz növbəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili özü Bakıya səfər planlarını açıqlayıb.
Qeyd edək ki, Ərdoğan və Qaribaşvili öz iştirakını təsdiq etmiş ilk ölkə liderləri olub. Qərb liderlərindən heç kim hələ ki, oyunların açılışında iştirakı barədə açıqlama verməyib. Eyni zamanda, Kremlin yüksək vəzifəli nümayəndəsinin, habelə Azərbaycandan qaz tədarükündən asılı olan və Bakıdan investisiya almaq istəyən bir sıra Şərqi Avropa ölkələri nümayəndələrinin Bakıya gələcəyini gözləmək olar.