XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 13:14

DİN-nin səyyar xidməti – Daha 315 nəfərə şəxsiyyət vəsiqəsi verildi

Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi davam edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səmərəliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə ölkəmizin şəhər və rayonlarında səyyar xidmətlər davam etdirilir.

Növbəti belə tədbirlər paytaxtın Qaradağ rayon Polis İdarəsinin və Yardımlı rayon polis şöbəsinin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində baş tutub.

Keçirilmiş səyyar xidmət zamanı bu qəsəbədə məskunlaşmış 155 Yardımlı rayon, 160 nəfər isə Qızıldaş qəsəbə sakininin müvafiq sənədləri qəbul edilib.

Strateq.az