XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

03 İyun 2020 - 13:02

Azərbaycanda “Teleradio haqqında” yeni qanun qəbul ediləcək- Açıqlama

““Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi komitənin iş planından çıxarılıb, bu qanun layihəsinin növbədənkənar sessiyada müzakirəyə çıxarılması gözlənilmir”.

Bunu APA-ya açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, ümumiyyətlə, “Teleradio haqqında” yeni qanunun qəbulu planlaşdırılır: “Bu qanun bütövlükdə nəinki kabel şəbəkəsi yayımını, həmçinin, internetdə yayımla bağlı məsələləri də əhatə edəcəyinə görə “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsini işlər planından çıxardıq”.

Qeyd edək ki, hazırda Azərbaycanda “Teleradio haqqında” qanun var.