XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

03 İyun 2020 - 14:50

ÜST:"Azərbaycanda epidemiya nəzarəti səmərəlidir"

“Hazırda Avropada COVID-19 virusuna yoluxma halları 2,2 milyondan, ölənlər isə 181 mindən çoxdur”.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge onlayn brifinq zamanı bildirib.

O deyib ki, gündəlik yoluxma hallarının saylı aprel ayına nisbətən, təqribən, ikiqat azalsa da, təhlükə hələ də çox böyükdür:

“Bəzi ölkələrdə vəziyyət tədricən sabitləşir, yeni yoluxma halları azalır. Bir sıra ölkələr də səhiyyə sistemində görülən ayrı-ayrı tədbirlər nəticəsində yeni yoluxma hallarının bir qədər artmasını qeydə alır. Ermənistan, Azərbaycan, İsrail milli xüsusiyyətlərini nəzərə alaraq əhəmiyyətli tədbirlər görür”.

Onun sözlərinə görə, son həftələr ərzində aralarında Azərbaycan və Qazaxıstanın da olduğu bəzi ölkələr test strategiyalarına dəyişiklik edərək epidemiologiya nəzarəti sistemləri sayəsində daha çox yoluxma hallarını üzə çıxarırlar.