XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 June 2020 - 17:20

Ramiz Mehdiyev Xuraman İsmayılovaya vəzifə verdi –AMEA-da yeni təyinat + FOTO

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) kitabxana xidməti üzrə direktor müavini vəzifəsinə təyinat olub.

Strateq.az “Report”a istinadla xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə MEK-in direktor müavini vəzifəsinə Xuraman İsmayılova təyin edilib.

Məlumat üçün bildirək ki, kitabxanaçı-biblioqraf X.İsmayılova əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbyacan Jurnalistlər Birliyinin üzvüdür.

Qeyd edək ki, X.İsmayılova bundan əvvəl MEK-də bölmə rəhbəri vəzifəsində çalışırdı.