XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

03 İyun 2020 - 18:28

Məktəbəhazırlıq qruplarına qəbul üçün müsahibə olacaq?- Nazirlik açıqladı

Məktəbəhazırlıq qruplarına cəlb ediləcək 5 yaşlı uşaqlar üçün müsahibə nəzərdə tutulmayıb.

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, tədris digər dillərdə olan I siniflərə qəbul üçün uşağın həmin dil üzrə şifahi nitq bacarıqları səviyyəsinin öyrənilməsi məqsədilə müsahibələr təşkil olunur. Müsahibələr valideynin seçiminə uyğun olaraq onlayn və ya birbaşa ünsiyyət qurma formasında təşkil olunur.

Onlayn müsahibələr zamanı valideyn müvafiq proqram təminatı vasitəsilə müsahibə komissiyası ilə bağlantı qurur. Hər iki müsahibə formasında (onlayn, canlı) uşağa verilən suallar eynidir. Uşaq onlayn müsahibələrə ev mühitindən (ona tanış olan) qoşulduğundan müsahibə zamanı özünü daha da sərbəst apardığı müşahidə olunur.