XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 22:04

Mərkəzi Bank yenidən formalaşdırılacaq? –Rəsmi açıqlama

merkezi_bank_0001.jpg

Hüquqi statusun dəyişməsi ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yenidən formalaşdırılmayacaq.

AMB-dən bildirilib ki, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin və Mərkəzi Bankın sədrinin vəzifəyə təyin olunması qaydası Azərbaycan Respublikasının Konstitusiyası və Mərkəzi Bank haqqında qanunla tənzimlənir: “Həmin məsələlərlə bağlı qanunda hər hansı dəyişiklik edilməyib”.

Bildirilib ki, hüquqi statusun dəyişdirilməsi ilə əlaqədar Mərkəzi Bankın işçiləri ilə əmək müqavilələrinə yenidən baxılmayacaq: "Mərkəzi Bankın statusunun dəyişdirilməsi ümumilikdə bank işçiləri ilə əmək müqavilələrinin dəyişdirilməsini tələb etmir".

APA