XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 Mart 2015 - 10:06

Azərbaycanlı “oğru”lara müharibə elan edildi

Azərbaycanlı

“Qanuni oğru” “Şakro Molodoy” kriminal aləmə qarşı “müharibə” elan edib.
ANS PRESS-in məlumatına görə, “Ded Hasan” klanının əsas fiquru sayılan Şakro Moskvada adamlarını toplayaraq 12 nəfərdən “oğru” titulunu aldığı bildirilir. Şakronun azərbaycanlı “qanuni oğru”lardan üçünün, Lotu Qulinin qardaşı Namiqin, Rafət və Ceyhun adlı şəxslərin “oğru” adının əlindən aldığı deyilir. Bu şəxslərdən yalnız Namiqin məsələsinə yenidən baxıla bilər. Bundan başqa, titul almağa namizəd olan 4 kriminal avtoritetin də müraciətinə “rədd” cavabı verildiyi bildirilir.
Qeyd edək ki, kriminal aləmdə böyük “təmizləmə” aparan Şakronun vaxtında “Ded Hasan”ın səhvlər etdiyini və onun etdiyi səhvləri aradan qaldıracağına söz verdiyi bildirilir.