XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2016 - 08:59

Meksikada qripdən 84 nəfər ölüb

 

qrip

Meksikada qrip epidemiyasından ölənlərin sayı 84 nəfərə çatıb.

AZƏRTAC RİA-Novosti agentliyinə istinadla bildirir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Hakimiyyət orqanları bildiriblər ki, virusların yayılması üzündən bir çox özəl uşaq bağçaları və məktəblərdə dərslərin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul olunub.

Epidemiya əsasən Mexiko, Xalisko, Tlaslala və Puebla ştatlarını və ölkənin paytaxtını əhatə edib.

Qeyd edilir ki, ötən ilin oktyabrından Meksikada qripdən ölənlərin sayı 182-yə çatıb. Həmçinin, son altı ayda ölkədə 140 nəfər “donuz qripi”ndən A(H1N1) ölüb.