XƏBƏR LENTİ

01 Mart 2021
28 Fevral 2021

Digər Xəbərlər

04 İyun 2020 - 16:04

“Qarabağ” və “Neftçi”nin görüşləri baş tutmayacaq –Səbəb

Azərbaycanın futbol klublarının bəzi yoxlama oyunları nəzərdə tutulan vaxtda baş tutmayacaq. 

Buna səbəb iki həftə ərzində həftəsonları qadağaların tətbiq edilməsidir.

İyunun 14-də “Neftçi” – “Qəbələ”, “Qarabağ” – “Səbail” görüşləri gerçəkləşməyəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü – iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir.

Azərbaycanda qadağaların 6-7 iyunda və 13 – 15 iyunda tətbiqi nəzərdə tutulur/Report.