XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2020 - 18:17

“Abituriyentlərin virus testindən keçirilməsi tələbi yoxdur” –TƏBİB rəsmisi

“TƏBİB-in imtahanlarla bağlı hazırladığı qaydalarda abituriyentlərin və valideynlərinin virusla bağlı arayış gətirməsi ilə bağlı tələb yoxdur”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O xatırladıb ki, testlərin kimlər üçün keçirilməsi bəllidir:

“Sırf imtahanlarda iştirak edəcək şəxslərin testdən keçirilməsi tələbi yoxdur. Tövsiyəm odur ki, abituriyentlər əsas fikirlərini imtahana hazırlaşmağa yönəltsinlər”/Report.