XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

04 İyun 2020 - 21:33

ÜST rəsmisi Azərbaycanda yoluxmanın artmasının səbəbini açıqladı:"Qoruyucu tədbirlərə ciddi əməl olunmalıdır"

“Son günlər Avropada koronavirusa yoluxma sayında azalma müşahidə edilir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda yumşalma tədbirləri tətbiq edildiyindən, daha sonra metronun açılmasından sonra xəstəlikdə artım müşahidə edildi: “Artım özünü daha sürətli şəkildə iri ticarət mərkəzlərinin açılması və son yumşalma tədbirləri çərçivəsində büruzə verdi”.

H.Harmancı bildirib ki, peyvənd hazırlandıqdan sonra onun əlçatan olması üçün bütün tədbirlər görüləcək: “Bu dövrə qədər də qoruyucu tədbirlərə ciddi əməl etməliyik”.

Report