“Daxili uçuşların yaxın günlərdə olması gündəmdədir”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı təlimatlar hazırlanıb və təsdiqlənib.
R.Bayramlı qeyd edib ki, yaxın günlərdə ictimaiyyətə açıqlanacaq:
“Gəncə və Naxçıvanda laborator analizlərin aparılması nəzərdə tutulur. Beynəlxalq uçuşlarla bağlı danışıqlar aparılır və iyulun 1-ə qədər yəqin bu, mümkün olmayacaq”./Report