XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyun 2020 - 11:05

Gürcüstanda koronavirus: yoluxanların sayı 805 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.

Bununla da Gürcüstanda virusa yoluxanların sayı 805 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 2424 nəfər karantində saxlanılır, 304 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Xəstəliyə yoluxanlardan 650 nəfər sağalıb, 13 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. (apa)