XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020

Digər Xəbərlər

05 İyun 2020 - 12:37

Abşeronda elektrik qatarlarının hərəkəti dayandırılır –ADY

“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkətini dayandırır.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, elektrik qatarları bu həftənin şənbə və bazar günləri hərəkətdə olmayacaq.

Xatırladaq ki, qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.