XƏBƏR LENTİ

07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

05 İyun 2020 - 12:05

Bakıda karantin qaydalarını pozan kafe aşkarlanıb –6 nəfər cərimələnib+FOTO

Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb. 

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Hüseybala Əliyev küçəsi 22B ünvanında  “Bermud” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 6 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi Mirvari Hüseynova 1500 manat, digərləri 100 manat cərimə olunublar.