XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

05 İyun 2020 - 19:09

Azərbaycanda stadionlara giriş-çıxış oyunlardan 3 saat əvvəl bağlanacaq –PFL

Azərbaycan Premyer Liqası və kuboku oyunlarının keçiriləcəyi stadiona sərbəst giriş-çıxış qarşılaşmaların startından 3 saat əvvəl bağlanacaq.

Peşəkar Futbol Liqası (PFL) bununla bağlı qərarı Əsasnaməyə əlavə edib.

Koronavirus pandemiyası səbəbindən martda dayandırılan, iyunun 21-də isə bərpası planlaşdırılan çempionat və kubok matçlarından öncə stadiona gəlişinə rəsmi qaydada icazə verilmiş şəxslərin hərarəti girişdə yoxlanılacaq. Hərarəti yüksək olan şəxsin stadiona girişinin qarşısı alınacaq.

Həmçinin oyunun rəsmi nümayəndəsi startdan ən azı 2 saat 30 dəqiqə əvvəl stadionda olmalıdır.