XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

05 İyun 2020 - 16:15

Kürdə batan bir nəfərin axtarışları davam etdirilir –FHN

Kürdə batan bir nəfərin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bərdədə Kür çayında yalnız biri batıb. Hazırda onun axtarışları davam etdirilir. 

Kür çayında burulğana düşən 4 nəfərdən 1-i boğulub, 3-ü xilas edilib.  

Bərdənin Nazırlı  kənd icra nümayəndəsi Pərviz Əlizadə  bildirib ki, Kür çayında çimərkən burulğana düşənlərin hamısının 18 yaşı var.

Onlar – Mirağazadə Röyal Rafiq oğlu, Əliyev Məhəmməd Elşad oğlu, Süleymanov Şəmistan Xasay oğlu və  Göyüşov Ozan Yusif oğludur.

Onlardan 3-ü sudan çıxa bilib. R. Mirağazadəni isə xilas etmək mümkün olmayıb.

Hazırda R. Mirağazadənin axtarışları davam etdirilir. 

***

Kür çayında çimən 4 nəfər burulğana düşüb.

Hadisə Kür çayının rayonun Bərdənin Nazırlı Qılınclı kəndindən keçən hissəsində qeydə alınıb. Çayda batma təhlükəsi ilə üzləşənlərdən 3 nəfəri sudan çıxarılıb. 1 nəfərin axtarışları isə davam etdirilir.

Sudan çıxarılan şəxslər xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. (apa)