XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2020 - 22:58

Şevçenko Ukrayna millisi ilə yeni 2,5 illik müqavilə imzalayıb

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko komandanı çalışdırmaqda davam edəcək.

Gənc mütəxəssislə müqavilə müddəti təzələnib.

43 yaşlı çalışdırıcı Ukrayna Futbol Assosiasiyası ilə yeni 2,5 illik sazişə qol çəkib. Rəsmi sözləşmə və təqdimat iyunun 7-də Lvov şəhərində baş tutacaq assosiasiyanın Konqressində imzalanacaq. Bu isə o deməkdir ki, Şevçenko 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər millinin sükanı arxasında olacaq.

Qeyd edək ki, Andrey Şevçenko 2016-cı ildən Ukrayna yığmasını çalışdırır. (Apasport.az)