XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

06 İyun 2020 - 14:15

Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri DTX-ya çağırılıb- Səbəb

Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədov Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. APA-nın yerli bürosu “İnterpressnews”a istinadən xəbər verir ki, sədr Gürcüstan DTX-nın azərbaycanlı milli azlığın yaşadığı bölgələrdə irqi ayrıseçkilik və radikal çağırışların edilməsi ilə əlaqədar başladılan istintaq çərçivəsində sorğu-sual ediləcək.

Qeyd edək ki, mayın 30-da Gürcüstan DTX Kvemo Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında etnik qarşıdurmanı alovlandırmağa cəhd edən qruplar və fərdlərin olması ilə bağlı bəyanat yayıb.  Bəyanatda qeyd olunub ki, həmin şəxslər milli zəmində münaqişə yaratmaq məqsədilə azərbayanlıların yığcam yaşadığı bölgələrdə uzun illər ərzində toplanmış problemləri müxtəlif mənfi kontekstlərdə təhrif edir, aqressiv çağırışlar edir və insan hüquqlarını pozurlar.

Məsələ ilə əlaqədar  irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə pozulması, milli zəmində düşmənçilik yaratmaq və diskriminasiya, maddələri üzrə istintaqa başlanılıb.