XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 İyun 2020 - 17:30

6871 müəllim iş yerini dəyişmək istəyir –Elektron sənəd qəbulu başa çatdı

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. 

Strateq.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov sosial şəbəkədəki hesabında açıqlama verib.

O bildirib ki, müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 namizəd elektron ərizəsini təsdiq edib: “Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək”.