Dünyada koronavirusa yoluxanların sayı 6,7 milyon nəfərə çatıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 137 minə yaxın yoluxma qeydə alınıb. Bununla yanaşı, pandemiya qurbanlarının ümumi sayı 400 minə çatır.
“Son sutkada dünyada koronavirusa 136 409 yoluxma qeydə alınıb, 4586 nəfər ölüb. Bununla da dünyada koronavirusa yoluxanların sayı 6 799 713 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 397 388 nəfər təşkil edir”, – deyə təşkilatın xəbərində bildirilir/Report.