XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2020 - 13:48

Almaniyada qaçqınlar arasında dava – Azərbaycan vətəndaşı xəsarət alıb –

Almaniyanın Şimali Reyn Vestafliya əyalətindəki bir qaçqın yataqxanasında sığınacaq axtaranlar arasında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb.

Bonn şəhərində qaçqın yataqxanasında yaşayan Azərbaycan vətəndaşlarının verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında, yataqxanadakı mətbəxlərin birində qeydə alınıb.

Mətbəxin çirkli olması səbəbindən dava edən Nigeriya və Eritreyadan olan sığınacaq axtaranları sakitləşdirməyə çalışan 32 yaşlı Azərbaycan vətəndaşı atılan dəmir tava nəticəsində baş nahiyəsindən xəsarət alıb.

Hadisə yerinə yataqxananın mühafizəçiləri və Bonn şəhər Polis Təşkilatının işçiləri gəliblər.

Dava edən şəxslər saxlanılıb, xəsarət alan azərbaycanlı isə təcili yardım vasitəsi ilə xəstəxanaya aparılıb.

Həkimlər onun baş nahiyəsinə 3 tikiş qoyduqdan sonra, ambulator müalicə üçün evə buraxıblar.

Faktla bağlı Bonn Polis Təşkilatı tərəfindən araşdırmalar davam etdirilir. (report)