Belarusda son sutkada koronavirusa daha 823 yoluxma, 7 ölüm faktı qeydə alınıb.
“RİA Novosti” xəbər verir ki, məlumatı Belarusun Səhiyyə Nazirliyi yayıb.
Ölkədə yoluxanların ümumi sayı 49 453-ə, ölənlərin sayı isə 276-ya çatıb.
Məlumata görə, pandemiyadan 23 880 pasiyent sağalıb.
Bir müddət əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun ikinci dalğasının başlayacağı barədə xəbərdarlıq edərək daha ciddi hazırlıq işləri görməyi tapşırmışdı.
Qeyd edək ki, Belarusun əhalisinin sayı 9 475 174 nəfərdir. (report)