“Virusa inanmayanların sayı əksəriyyət təşkil edir. İnsanlar kifayət qədər təhsillidir və vəziyyəti təhlil edə bilir”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, inanmayanların olduğu təbəqə də var: “Onları da medianın köməyi ilə inandırmağa çalışırıq. İnanmamaqla virusun qalib gəlməyinə şərait yarada bilərik. Ona görə də hamı birlikdə mübarizə aparmalıdır”.
Report