XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2020 - 20:39

Qərargah:"Həkim və dərman çatışmazlığı yoxdur"

“İndiki dövrdə həftədə 200-500 xəstəni qəbul etmək gücümüz var”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, xəstə sayı çoxaldıqca tibbi personalın sayı da artırılır: “İki xəstəyə ən yaxşı halda bir tibb işçisi qulluq edir. Bu gün üçün tibb müəssisələrində hər hansı çatışmazlıq yoxdur. Depomuzda bütün lazımlı vasitələr kifayət qədərdir. Dünyada istifadə olunan bütün dərman preparatları ölkəmizdə mövcuddur. Olmayan dərman yoxdur və hər hansı qıtlıq yaşanmır. Gələcək də bununla bağlı problem olmayacaq”.

Report