XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2020 - 21:20

TƏBİB sədri:"Qadınlar arasında COVID-19-a yoluxma 54 faiz, kişilər arasında 46 faizdir"

“2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarında səhiyyə sistemi və vətəndaşlar birlikdə çalışmasa, çox ciddi fəsadlar olar”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı deyib ki, yoluxma 50-59 yaş arasında 21 faiz, 30-39 yaş arasında 18 faiz, 40-49 yaş arasında 15 faizdir: “Artıq gənc yaşlarında xəstəliyi ağır keçənlər artır. Bunlar arasında həkimlər də var. Gənc yaşlarında xəstəliyi ağır keçirmə xüsusən evdə müalicəyə cəhd zamanı baş verir”.

APA