XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2020 - 12:46

OPEC-in Baş katibi neftin qiyməti ilə bağlı sualları cavablandıracaq –Bu gün

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) iyunun 11-də “Post-COVID-19 dövründə enerji məsələləri” adlı yüksək səviyyəli vebinar təşkil edəcək.

Mərkəzdən bildirilib ki, müzakirələr Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə baş tutacaq vebinarda OPEC-in Baş katibi Mohammad Sanusi Barkindo, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer və Kanadada NATO Assosiasiyası təşkilatının Enerji Təhlükəsizliyi Proqramı üzrə direktoru Robert Katler çıxış edəcək. Vebinarda COVID-19 pandemiyasının qlobal enerji bazarına mümkün təsirləri, yeni ideyalar və koronovirusun qlobal enerji bazarına təsirlərini azaltmaq üçün resurs və səylər müzakirə olunacaq.

Tədbiri canlı olaraq ingilis dilində BMTM-in Facebook səhifəsində və Azərbaycan diliində “Youtube” səhifəsində izləmək mümkün olacaq. Suallarınızı [email protected] ünvanına göndərməyiniz xahiş olunur/Report.