XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2020 - 14:13

“Naxçıvanda pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiqləndi –Detallar

“Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiq edilib. 

Bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 iyun tarixli 95 nömrəli Qərarında bildirilib.

Qərara əsasən, pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ var.

Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir.

Sertifikat almış şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər/APA.