XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 June 2020 - 20:16

Karantin nəzarətinə götürülmə qaydalarında dəyişiklik edilib- Detallar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Qeyd edək ki, bundan əvvəl karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırdılar.