XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2020 - 12:42

Ceyranbatan su anbarı yaxınlığında yanğın:hadisə yerinə 2 helikopter göndərilib - FOTO

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir.

Fövqəldə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

***

Ceyranbatanda kol-kos yanır.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.