XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 19:54

XİN:"Azərbaycan ÜST-ə 10 milyon dollar ayırıb”

“Azərbaycan COVID-19 böhranına, həmçinin çoxtərəfli çərçivədə cavab tədbirlərinə fəal şəkildə cəlb olunub və Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ayırıb”.

Xarici İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, bunu “Şərq Tərəfdaşlığı” üzrə Xarici İşlər nazirlərinin video-telekonfrans görüşündə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, Azərbaycan, eyni zamanda, 4 ölkənin müraciəti əsasında onlara ikitərəfli qaydada yardım göstərib: “Bu gün Azərbaycan COVID-19-la mübarizədə ən çox humanitar yardım göstərən ölkələr siyahısındadır və bu, bizim həmrəylik və əməkdaşlığa sadiqliyimizə dəlalət edir”.