XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 20:06

Ermənistanda fövqəladə vəziyyət uzadılacaq –Koronavirusa görə

Ermənistan Nazirlər Kabineti sabahkı növbədənkənar iclasında COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir ay uzadacaq.

Bu barədə Baş Nazir Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyəti zəruri edən səbəblər hələ də aradan qaldırılmayıb.

Xatırladaq ki, Ermənistanda koronavirusa qarşı mübarizə məqsədilə 16 mart-13 iyun tarixlərini əhatə edən fövqəladə vəziyyət elan edilmişdi. İndiyədək bu ölkədə koronavirusa 14 669 yoluxma halı qeydə alınıb, 245 nəfər ölüb, 5 466 nəfər sağalıb/Report.