XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 20:24

Xalq artisti Teymur Mustafayev Cəlilabadda dəfn olunacaq

Xalq artisti Teymur Mustafayev sabah Cəlilabadda dəfn olunacaq.

Bu barədə APA- ya müğənni Yusif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Xalq artistinin cənazəsi sabah tezdən doğulduğu Alar kəndinə aparılacaq və orada dəfn ediləcək: “Teymur Mustafayevin həyat yoldaşı və oğlu da orada dəfn olunub. O, onların yanında torpağa tapşırılacaq”. 

O, koronavirusdan ölən mərhum xanəndənin xüsusi qayda ilə dəfn edilib-edilməyəcəyindən xəbərsiz olduğunu vurğulayıb.

Xatırladaq ki, Teymur Mustafayev iyunun 11-də ömrünün 82-ci ilində vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, 04.06.2020-ci il tarixində “Yeni Klinika” tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu təcili tibbi yardım maşını ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub.Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatışmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb.

Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.