XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 12:48

Ötən il Azərbaycanda 299 transplantasiya əməliyyatı keçirilib –Statistika Komitəsi

2019-cu ildə orqanların və toxumaların transplantasiyası üzrə 163 nəfər üzərində 299 əməliyyat həyata keçirilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əməliyyat aparılanlardan 110 nəfəri kişi, 53 nəfəri isə qadındır.

Bildirilib ki, əməliyyatlardan 22-si gözün buynuz qişası, 40-ı sümük iliyi, 110-u qaraciyər və onun seqmentləri, 122-si böyrək və onun seqmentləri, 2-si sümüklər və onların seqmentləri, 1-i əzələlərin və vətərlərin  transplantasiyası üzrə olub. 2 əməliyyat isə digər orqan və toxumalar üzərində aparılıb.

Qeyd olunub ki, əməliyyat olunanlardan  41 nəfəri 0-17 yaş aralığında olan uşaq resipiyentlərdir.