Ermənistanda koronavirus pandemiyasına görə fövqəladə vəziyyət rejimi iyulun 13-dək uzadılıb.
“Aysor” xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin iyunun 12-dən keçirilən növbədənkənar iclasında qəbul edilib.
Bununla da ölkədə fövqəladə vəziyyət rejimi üçüncü dəfə uzadılıb.
Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejimi martın 16-dan tətbiq olunur.
İyunun 12-nə olan məlumata əsasən, Ermənistanda 15 281 nəfər koronavirusa yoluxub, 258 nəfər isə bu infeksiyadan ölüb.
Xatırladaq ki, Ermənistanda müxalifəti baş nazir Nikol Paşinyanın fövqəladə vəziyyət rejimindən rəqiblərinə qarşı istifadə etdiyini bildirir. (Report)